“Kəpəz” azarkeşlərindən futbolçulara: “İlk və son dəfə xəbərdarlıq edirik!”

“Kəpəz”in azarkeş qrupu olan “Xəmsə” açıqlama yayıb.

Newsport.az-ın məlumatına görə, fan-klubun “feysbuk” səhifəsində yaydığı bəyanatda bunlar qeyd olunub:

“Komandanın uğursuzluqlarında açıq olaraq günahkar baş məşqçi Yaşar Vahabzadəni görməyimiz , deyəsən, bir çoxunda öz aləmində günahsız olduğu düşüncəsi yaradıb.

Komandada oynayan hər bir futbolçu, harada, hansı klubda oynadığını tamlığı ilə dərk etməli , məsuliyyətini anlamaq (anlatmaq ) zamanı gəldi!

“Kəpəz”də oynadığı halda üç gündən bir keçmiş komandası haqda paylaşım edənlər daha çox cavab verməli olacaq, ya da “Kəpəz”də olmayacaq!

Unutmayın, indiyə kimi oynadığınız komanda nə qədər böyük olsa da, “Kəpəz”dən böyük ola bilməz. Stadionda azarkeş sayı sizi aldatmasın! İlk və sonuncu dəfə xəbərdarlıq edirik!”

“Kəpəz” 1-ci divizionda 19 oyundan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right