Filip Ozobiçin Volkovla şərikliyi

Premyer Liqamızda "Zirə"nin legioneri Davit Volkovun hegemonluğuna son qoyulub.

Newsport.az-ın məlumatına görə, bu gürcü hücumçu artıq bombardilər yarışına tək başçılıq etmir.

Onu son turda millimizin üzvü olan xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç haqlayıb. "Qarabağ"ın bu təcrübəli oyun qurucusu "Şamaxı"nı "Azərsun Arena"da 8:0 hesabıyla məğlub etdikləri matçda 2 qola imza atıb. Özü də Filip bunu cəmi 1 dəqiqəyə - 20 və 21-ci dəqiqələrdə gerçəkləşdirib. Belə tez dubla isə heç kim atmamışdı.

Ozobiç Volkovu üstələdiyindən, 1-ci pillədə qərarlaşıb. Məsələ ondadı ki, o, Davitdən daha az oyun keçirdiyindən orta məhsuldarlığı yüksəkdi. Belə ki, Volkov bütün 23 turda meydana çıxıbsa, Davitin hesabına 19 matç var.

Volkovun vahid liderliyni əldən verməsində son vaxtlar susqunluğu böyük rol oynayıb. Təsadüfi deyil ki, Gürcüstan millisinin üzvü bu il çempionatımızda hələ də qol vura bilməyib.

Onu da bildirək ki, Filip bunadək Premyer Liqamızda mövsümün bombardiri olub. Bu, Azərbaycanda ilk klubu olan "Qəbələ"də 2016/17 mövsümündə reallaşıb. Onda Ozobiç hərəyə 11 qolla "Keşlə"nin (hazırkı "Şamaxı"nın) hücumçusu Rauf Əliyevlə birgə şərikli bombardir olmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right