Ağabala Ramazanov "200"ə çatdı

“Zirə”nin futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi “qartallar”ın evdə “Səbail”ə 2:1 hesabı ilə qalib gildiyi 23-cü turun matçına təsadüf edib. Ramazanov bu matçda start heyətində meydana çıxıb.

Bunadək ölkə çempionatında 199 oyunun iştirakçısı olmuş futbolçu ümulikdə 37 qola imza atıb.

2020-ci ilin əvvəlindən “Zirə”nin formasını geyinən Ağabala Ramazanov bu komandanın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right