Samir Abasovun 75-ci sevinci

“Neftçi” Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, bu qələbə “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov üçün ikiqat əlamətdar olub.

44 yaşlı mütəxəssis karyerasında 75-ci, Bakı klubunun “sükanı arxası”nda 30-cu dəfə qələbəyə sevinib. Karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Neftçi”də çalışmış Abasovun komandaları Premyer Liqada 66, Azərbaycan kubokunda 7, avrokuboklarda 2 dəfə qalib gəlib. “Ağ-qaralar”ın 30 qələbəsindən 27-si Premyer Liqa, 1-i ölkə kuboku, 2-si avrokuboklara təsadüf edib.

“Neftçi” rəqibinə Bəxtiyar Həsənalızadənin avtoqolu ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin rəqiblərinin ölkə çempionatları tarixində vurduğu 20-ci avtoqoldur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right