"Şamaxı"da antirekord

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"la matç (8:0) “Şamaxı”nın tarixinə antirekord kimi düşüb. 

Newsport.az-ın məlumatına görə, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Komanda tarixində ilk dəfə 8 top buraxaraq, həm də ən ağır məğlubiyyətinə üzülüb. 1999-cu ildən müxtəlif adlar altında çıxış edən komanda bunadək ən böyük fərqlə iki dəfə uduzub.

“Xəzər Universiteti” adlanan dövrdə komanda 1999/2000 mövsümündə “Şəmkir”ə 0:6, 2000/01 mövsümündə “Kəpəz”ə 1:7 məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right