İnfantinonun dünya çempionatı ilə bağlı yeni planı

FIFA-nın prezidenti Canni İnfantino dünya çempionatının 3 ildən bir keçirilməsini istəyir.

Newsport.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. İnfantino daha əvvəl mundialın 2 ildən bir təşkil olunması fikrini irəli sürmüşdü. Futbol ictimaiyyəti isə bunu narazılıqla qarşılamışdı. Bu dəfə isə isveçrəli funksioner turnirin 3 ildən bir keçirilməsini istəyir. 

Onun yeni planına əsasən, ilk il 24 komandadan ibarət Klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatının belə formatda təşkil olunması nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right