"Neftçi"nin sabiq futbolçusu Ukraynanı övladları ilə tərk edib

"Neftçi" klubunun sabiq futbolçusu Kirill Petrov övladları ilə birlikdə Ukraynadan ayrılıb.

Newsport.az-in məlumatına görə, "Kolos"da çıxış edən 32 yaşlı müdafiəçi Polşanın "Korona" klubu ilə müqavilə imzalayıb.

Petrov mövsümün sonunadək bu komandanın formasını geyinəcək.

Təcrübəli oyunçu bir aya yaxındır ki, müharibə ilə əlaqədar ölkəsini tərk edib.

"Kolos"da Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev də çıxış edir.

Qeyd edək ki, 2017 - 2019-cu illərdə "Neftçi"də oynamış Kiril Petrov 2014-cü ildə "Korona"nın uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right