De Byazi çempionluq mübarizəsindən danışdı

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya A seriyasındakı çempionluq mübarizəsi barədə danışıb. 

Newsport.az xəbər verir ki, mütəxəssis bu haqda milannews.it saytına açıqlama verib. O, jurnalistin hansı klubun çempionluğa daha yaxın olduğu ilə bağlı suala belə cavab verib: 

"Məncə, rəqabət son turadək davam edəcək. İlk "3-lüy"ə düşmək üçün çılğın mübarizə gedir. "Yuventus" öz mövqeyini qorumaq üçün sonadək əlindən gələni edəcək. Yuxarı pillələrdəki komandaların xalları arasındakı fərq azdır. Mən hələ də inanıram ki, axırıncı tura qədər çempionluq mübarizəsi gedəcək. Çempionatın bu mərhələsində hər kəs özünü göstərmək istəyir. Bəziləri üçün xal fərqini aradan qaldırmaq çətinləşir. Bu, turnirin həlledici mərhələsidir. 

Qeyd edək ki, 31 turdan sonra A seriyasının turnir cədvəlinə 67 xalla "Milan" başçılıq edir. "Napoli" 66 xalla 2-ci, digərlərindən 1 oyun az keçirən "İnter" 63 xalla 3-cü, "Yuventus" isə 59 xalla 4-cüdür. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right