"Neftçi"dən gərəkli təşəbbüs: "Zirə" ilə oyun sükutla başlayacaq

"Neftçi"nin "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının VIII tur matçı tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayacaq.

Newsport.az-ın məlumatına görə, Elnur Əşrəfoğlu 2009 - 2011-ci illərdə "Neftçi"nin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə rəhbərlik edib.

O, oktyabrın 19-da koronavirusdan vəfat edib. Oktyabrın 23-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 18:15-də başlanacaq.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right