Vüsal İsgəndərlinin yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin "Ankara Keçiörengücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi Taner Taşkınla razılıq əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Taşkın bu postda istefaya göndərilən İlker Püreni əvəz edib.

 

Qeyd edək ki, 8 turdan sonra 4 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right