UEFA paylaşdı: "Məğlubiyyətsiz "Qarabağ" Foto

UEFA Avropa Konfrans Liqasının rəsmi tvitter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

 

Newsport.az xəbər verir ki, səhifə paylaşıma "Məğlubiyyətsiz "Qarabağ" başlığı yazıb. Qeyd olunub ki, Ağdam təmsilçisi bu mövsüm bütün turnirlərdə oynadığı 14 oyunda məğlub olmayıb (9 qələbə, 5 heç-heçə).

 

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasında 6 oyundan sonra 14 xalla liderdi. Təmsilçimiz  Konfrans Liqasının H qrupunda isə oynadığı 2 matçda 4 xal toplayıb və qrupun lideridi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right