Rahid Əmirquliyev mükafatlandırıldı

Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb.

 

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib.

 

Futbolçuya PFL-in xatirə hədiyyəsini təqdim edən PFL prezidenti ona gələcək karyerasında uğurlar arzulayıb.

 

Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right