"Azərbaycanda qələbə üçün oynamalıyıq"

İrlandiya millisinin futbolçusu Jeff Hendrik DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turunda Serbiya ilə bərabərə qaldıqları matçdan (1:1) sonra açıqlama verib. Newsport.az xəbər verir ki, o, seçmə mərhələnin 7-ci turunda Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı da danışıb:
 
"Çərşənbə axşamı yaxşı  oyun göstərdik. Gələcəkdə etibar edə biləcəyimiz təməl budur. Azərbaycana qarşı növbəti səfər oyununda uğur qazanmağa çalışmalıyıq. Qələbə üçün oynamalıyıq. Bu, mütləq yerinə yetirilə bilən  işdir və buna nail olmalıyıq".
 
Qeyd edək ki, Azərbaycan - İrlandiya görüşü  oktyabrın 9-u keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right