Premyer Liqada iştirak üçün müraciət vaxtı başa çatdı

“Aprelin 10-da Premyer Liqada iştirakla bağlı lisenziya əldə etmək istəyən Birinci Divizion klubları üçün son tarix idi. Sadəcə, hazırda lisenziyalaşdırma prosesinin elə fazasıdır ki, prosedurla və sənədlərlə bağlı məlumat verə bilmirik".
 
Newsport.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev bildirib.
 
Onun sözlərinə görə, klubların sənədləri yoxlanılmağa başlayıb: "Yoxlanış bitdikdən sonra Lisenziyalaşdırma Komissiyasına təqdim olunacaq. Bu məsələ ilə bağlı son qərarı da Komissiya verəcək. Buna görə məlumat verə bilmirik".
 
Hacıyev klubların son günlərdə sənəd təqdim etmədiyni diqqətə çatdırıb: "Son 3 gündə hansısa sənəd verilməyib. Təqdim olunan sənədlərin hansı yerdə olmasına baxılacaq. Biz məxliliyə görə əvvəlki illərdə də açıqlama verməmişik. Bu fazada hansısa fikir bildirmək məqsədəuyğun sayılmır. Klubların sənədlərinin yerində olub-olmaması ilə bağlı danışa bilmərəm. Əlbəttə bəzi çatışmazlıqlar var. Lisenziyalaşdırma Komissiyasının iclasından sonra ümumi xarakterli yekun açıqlama verilə bilər".
 
Lisenziyalaşdırma qrupunun rəhbəri Lisenziyalaşdırma Komissiyasının iclasının mayın ortalarına təyin edildiyini bildirib: "Sadəcə, ötən il toplantı müəyyən səbəblərdən iyunda gerçəkləşib. Komissiyanın iclası əsasən mayda olur".
 
Qeyd edək ki, Birinci Divizion klublarından "Qaradağ Lökbatan", "Kəpəz", "Turan Tovuz" və "Zaqatala" Premyer Liqada iştirak üçün müraciət edib. MOİK isə əsas liqada oynamaq istəməyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right