“Özündənrazı” Vukçeviç: “Onlar bu pilləyə layiq deyillər”

“Keşlə” üzərində vacib qələbə qazandıq. Rəqib yaxşı komandadır, lakin biz də əlimizdən gələni etdik” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç deyib.

23 yaşlı futbolçu “Keşlə”ni hazırki mövqeyə layiq olmadığını bildirib: “Keşlə” keyfiyyətli komandadır. Düşünürəm ki, onlar hazırki pilləyə layiq deyillər. Daha yaxşı yerlərdə qərarlaşmalıdırlar. Öz oyunuma gəlincə, razıyam, lakin hər zaman daha yaxşı olmağa çalışıram. Nə vaxt “Qəbələ” qallib gəlirsə, narazı olmağa haqqım yoxdur”.

Vukçeviç “Neftçi”yə qarşı bu gün keçirəcəkləri qarşılaşmadan da söz açıb: “Çempionatın liderinə qarşı oynayacağıq. Onlar əla komandadı və yaxşı heyətə malikdirlər. Lakin fakt var ki, bir neçə əsas futbolçuları meydanda olmayacaq. Buna baxmayaraq, mübarizəli bir matç olacağını düşünürəm. Müsbət nəticəyə ümid edirəm və komandamıza inanıram”.

Monteneqrolu futbolçu komandanın hədəflərindən söz açıb: “Bizim xüsusi bir hədəfəimiz yoxdur. Yaxşı, bizə təzyiq göstərməyən baş məşqçimiz var. Hazırıq və oyundan oyuna daha yaxşı çıxış edəcəyik. Sonda nə olacağını birlikdə görəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right