"Sabah" "Səbail"ə uduzdu, "Qarabağ" xal itirdi Yenilənib

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Əvvəlcə "Səbail" doğma meydanda "Sabah"ı qəbul edib. Matç ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ötən tur "Neftçi"yə məğlub olan Ağdam klubu Sumqayıt səfərində xal itkisi ilə üzləşib - 0:0.

Tura sabah keçiriləcək "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası, 16-cı tur

19 fevral

 

16:00. "Səbail" - "Sabah" - 2:0 
Qol:
 Amil Yunanov, 16 (1:0), 77 (2-0)
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı, "ASCO Arena".

18:00. "Sumqayıt" - "Qarabağ" 0-0
Hakimlər:
 Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right