Millimizin sabiq üzvü Polşa klubunda

Azərbaycanın gənclərdən ibarət yığmasının və “Keşlə”nin sabiq yarımmüdafiəçisi Fuad Bayramov karyerasını Polşada davam etdirəcək.
 
Newsport.az xəbər verir ki, 26 yaşlı futbolçu bu ölkənin “Ostroveç-Sventokşiski” klubu ilə anlaşıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasındakı anlaşmanın müddəti bəlli deyil.
 
Fuad ötən aydan “Ostroveç-Sventokşiski”nin düşərgəsindədir və bir neçə yoxlama oyununda da qüvvəsini sınayıb. O, hətta bir neçə gün öncə “Sandeka Novı-Sonç” komandası ilə görüşdə zədə də alıb. Klub azərbaycanlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb. Amma o, mövsümün ikinci dövrəsinin startına hazır olacaq.
 
Qeyd edək ki, “Ostroveç-Sventokşiski” Polşa çempionatının səviyyəcə dördüncü liqasında (III Liqa, 4-cü qrup) mübarizə aparır. Komanda bu mövsüm keçirdiyi 20 oyunda 32 xal toplayıb və 21 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Fuad Bayramov karyerasının böyük hissəsini “Keşlə”də keçirib. O, 2019-cu ildə Gürcüstanın “Rustavi” klubuna keçsə də, son bir il ərzində işsiz idi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right