8 il sonra qazanılan qələbə

“Sumqayıt” mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Newsport.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Premyer Liqanın XV turunda “Səbail”in qapısından üç cavabsız top keçirib.

“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.
 

“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right