Sabiq milli üzvü futzal klubuna keçdi

Azərbaycan millisinin keçmiş hücumçusu Vüqar Əsgərov özünü futzalda sınamaq qərarına gəlib.

36 yaşlı futbolçu Latviyanın "Petrov" futzal klubu ilə müqavilə imzalayıb.

Əsgərov Azərbaycanda “Sumqayıt”, “Zirə” və “Araz Naxçıvan”da çıxış edib. O, Latviyada “Dauqavpils”, “Liepaya” kimi klublarda oynayıb. Vüqar son olaraq çıxış etdiyi “Super Nova”da 2020-ci ilin avqustunda ağır zədə aldıqdan sonra meydanlara çıxmırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right