“Səbail”in məşqçisi hakimi vurub

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sumqayıt”la keçirilən cavab oyununda "Səbail”in məşqçisi Vüqar Məmmədin qırmızı vərəqə almasının səbəbi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın protokolunda gənc mütəxəssisin hakimi vurduğu üçün texniki zonadan qovulduğu qeyd olunub.

Hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisini özündən çıxarıb. Nəticədə yan xətt hakimini vuran Vüqar Məmməd qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.

U-17 millimizin sabiq baş məşqçisinin bu hərəkətinə görə, AFFA İntizam Komitəsi tərəfindən ağır sanksiyaya məruz qalması qaçılmazdır.

Öz meydanında "Səbail”ə 0:1 hesabı ilə məğlub olan "Sumqayıt” revanşda 2:1 hesablı qələbə qazanaraq yarımfinala adlayıb (apasport.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right