"Qarabağ"a qarşı da uğurlu çıxış etməyə çalışacağıq" - Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Səbail”ə qarşı keçirdikləri cavab oyununu (2:1, ilk oyun 0:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, səfər oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi. Futbolçlar ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyişiklər etmişdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal idilər. Nağıyev hücumda daha uğurlu ola bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı.

Yarımfinalda “Qarabağ”la qarşılaşacağıq. Amma indi komandanı çempionat oyununa hazırlamalıyıq. “Qarabağ”ın gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right