"Keşlə"nin baş məşqçisi: "Qarşımızda güclü rəqib var"

"Rəqib bu gün də öz gücünü göstərdi. Komanda şəklində çox yaxşı müdafiə olundular. Qələbə qazandıq, amma qonaq komanda bizə meydanda əziyyət verdi".

Newsport.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis I Divizion təmsilçisinin 1/8 finalda "Sabah"ı 2:1 hesabı ilə yendiyi matçı analiz etdiklərini bildirib: "Bu gün də çox sıx oynadılar. Bacardığımız qədər müdafiəni yarmağa çalışdıq. İkinci oyunun necə olacağını zaman göstərəcək. Cavab görüşünə ciddi hazırlaşacağıq. Çünki qarşımızda güclü rəqib var. Bunu hamımız dərk edirik".

Qurbanov komandanın aparıcı futbolçularından Sezar Meza Kollini əvəzləməsinin səbəbini açıqlayıb: "Sezar bizim üçün çox önəmli futbolçudur. Meydanı tərk etməsi yorğunluqla bağlı deyildi. Digər tərəfdən, Sadio Tounkaranı bu gün iş başında görmək istəyirdim. Bütün futbolçular komandamız üçün dəyərlidir".

Qeyd edək ki, cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right