PSJ-nin prezidenti cüdoçumuzu mükafatlandırdı

Qətərin paytaxtı Dohada ötən gün başa çatan "World Masters” turnirində çəkisi 78 kq-dan yuxarı olan qadın cüdoçuların mükafatlandırma mərasimində maraqlı an yaşanıb.
 
Newsport.az xəbər verir ki, fəxri kürsüyə çıxanlara medalları Fransanın PSJ klubunun prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi təqdim edib.
 
Medalçılar arasında Azərbaycan cüdoçusu İrina Kindzerska da yer alıb. Finalda uduzan idmançı gümüş medal qazanıb.
 
Qeyd edək ki, 100 kq-da mübarizə aparan Zelim Kotsoyev də gümüş medal əldə edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right