“Səbail” “Vardar”ın futbolçusunu transfer edir

Şimali Makedoniyanın “Vardar” klubunun yarımmüdafiəçisi Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.
 
Newsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Səbail"in maraq dairəsinə düşüb.
 
Hazırda bir neçə komandanın şimali makedoniyalı oyunçu ilə maraqlandığı, amma onun "dənizçilər"lə müqavilə bağlama ehtimalının yüksək olduğu bilidirlib.
 
Qeyd edək ki, Boyan Naydenov daha əvvəl ölkəsinin "Horizont", "Miravçi", "Rabotniçki", Misirin "Smuha", İranın "İstiqlal" və Albaniyanın "Laçi" klublarında çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right