"O, "Neftçi"də xoşbəxt deyildi" - Samir Abasov

"Bu gün komandamız məşqləri bərpa etdi. Hələlik yalnız yerli oyunçularla hazırlıq keçirik".

Newsport.az-ın məlumatna görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. Klubun TV-sinə açıqlamasında mütəxəssis bildirib ki, yaxın günlərdə legionerlərin də komandaya qoşulacaqlarını gözləyirlər.

S.Abasov yoxlama matçları üçün rəqib axtarışının davam etdiyini söyləyib: "Ola bilər ki, birinci divizion komandalarından birinə müraciət edək".

S.Abasov onu da deyib ki, klub komandadan gedən Prins İbaranın yerinə hücumçu axtarışını davam etdirir: "Hələlik nəticə yoxdur. Bu da normaldır. Çünki indiki mərhələdə heç kim öz hücumçusunu buraxmaz. Ola bilər, kimisə icarəyə götürmək. Axtarışımız davam edir".

Samir Abasov İbaranın "Neftçi"dən getməsi barədə də danışıb: "O, burada xoşbəxt deyildi. Başa düşürdü ki, burada kiminsə yerini tutur və özünü göstərə bilməyib. Təbii ki, özü getmək istədi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right