Qara Qarayev altı ildən sonra yenidən zirvədə!

“Futbol+”in ardıcıl 22-ci dəfə keçirdiyi ümummilli sorğuda son ana qədər gərgin mübarizə getdi. Açıq etiraf edək ki, gah Qara Qarayev, gah da Şahruddin Məhəmmədəliyev önə çıxırdı. Amma sonda yarımmüdafiəçi komanda yoldaşına çox cüzi, daha dəqiqi, 5 səs fərqi ilə qalib gəldi.

Futbol mövsümünün kasadlığı, koronavirusla bağlı problemlər builki sorğuya müəyyən təsir göstərdi. Hansı mənada? Yox, Canni De Byazinin səsvermədən imtinası bu səbəblə bağlı deyildi, o, sadəcə, yetirmələri arasında fərq qoymaq istəmədi. Amma həmkarlarımız, eləcə də mütəxəssislər arasında 1-ci, hətta 2-ci yeri boş qoymaq istəyənlər, ümumiyyətlə, bu il səs vermək istəməyənlər tapıldı ki, belə baxışları da anlayışla qarşılayırıq. Hər halda, futbol ictimaiyyətinin bütün təbəqələrini, hətta tarixdə ilk dəfə agentləri də əhatə edən ümummilli sorğunun nəticələri bəllidi və artıq il ərzində bütün turnirlərdə bütün nominantlardan daha çox – 30 oyuna çıxan və müntəzəm sabit oyun göstərən Qara Qarayevi təbrik etmək olar. Qara 147 respondentin 88-dən xal alıb ki, bunu da normal nəticə kimi qiymətləndirmək mümkündü.

Maraqlıdı ki, 2-ci yeri tutan Şahruddinin adını daha çox – 92 respondent çəkib. Qara sonda məhz 1-ci yerlərin hesabına qalib gəldi. 3-cü yeri, gözlənildiyi kimi, cari mövsümün ilk yarısında inamlı oyun göstərən, çempionatın bombardirlər cədvəlinə başçılıq edən Namiq Ələsgərov tutdu. Vüsal İsgəndərovla Anton Krivotsyukun adını heç kim 1-ci yerdə göstərmədi.

Bütün belə sorğulardan sonra populyar olan daha bir sual var: kimlər qaliblərin ardıcıllığını düzgün müəyyənləşdirib? Belələrinin sayı o qədər də çox deyil. Futbolçulardan Ruslan Abışov, respondentlər arasında daha böyük sayla təmsil olunan jurnalist ordusundan isə dörd həmkarımız – Rüstəm Əfsərli, Sənan Abdullayev, Vüsal Mahmudov və İlkin Vaqifoğlu yüzdəyüz dəqiqlik nümayiş etdirdi ki, buna görə onları təbrik etməyə dəyər. Daha bir maraqlı məqam: ümummilli sorğuya 2014-ün qalibi kimi qatılan Qara məhz Şahruddini ilin ən yaxşı futbolçusu sayıb!
Beləliklə, Rəşad Sadıqovun ardından daha bir futbolçu qəzetimizin sorğusunda 2-ci dəfə qalib sayılmağı bacardı. Qaraya futbolda və şəxsi həyatda uğurlar, futbolumuza isə daha parlaq nəticələr arzulamaqla 22-ci sorğumuzu bağlı elan edirik.

Yığma məşqçiləri

Milan Obradoviç: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Samir Əliyev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Namiq Ələsgərov.
Elxan Abdullayev: 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. Mahir Emreli.
Miloş Velebit: 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Aqil Nəbiyev: 1. Abbas Hüseynov, 2. Şahruddin Məhəmmədəliyev, 3. İsmayıl İbrahimli.

Klub məşqçiləri və kapitanlar

Samir Abasov: 1. Namiq Ələsgərov, 2. Maksim Medvedev, 3. Abbas Hüseynov.
Qurban Qurbanov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhim Sadıxov, 3. Namiq Ələsgərov.
Rəşad Sadıqov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Ayxan Abbasov: 1. Qara Qarayev, 2. Rəhim Sadıxov, 3. Namiq Ələsgərov.
Aftandil Hacıyev: 1. Mahir Emreli, 2. Şahruddin Məhəmmədəliyev, 3. İsmayıl İbrahimli.
Yunis Hüseynov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Vüsal İsgəndərli, 3. Qara Qarayev.
Elmar Baxşıyev: 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Maksim Medvedev.
Visente Qomes: 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Vüsal İsgəndərli.
Emin Mahmudov: 1. Namiq Ələsgərov, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Maksim Medvedev: 1. Şahruddin Məhəmmədəliyev, 2. İsmayıl İbrahimli, 3. Mahir Emreli.
Ağabala Ramazanov: 1. İsmayıl İbrahimli, 2. Namiq Ələsgərov, 3. Abbas Hüseynov.
Vurğun Hüseynov: 1. Rəhim Sadıxov, 2. Namiq Ələsgərov, 3. Vüsal İsgəndərli.
Rahid Əmirquliyev: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Vüsal İsgəndərli.
Tərlan Quliyev: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Anar Nəzirov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Ruslan Abışov: 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.

Mütəxəssislər

Elxan Məmmədov: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
Ramin Musayev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
Sakin Məmmədzadə: 1. Mahir Emreli, 2. İsmayıl İbrahimli, 3. Qara Qarayev.
Vaqif Davudov: 1. Namiq Ələsgərov, 2. Anton Krivotsyuk, 3. Maksim Medvedev.
Vaqif Sadıqov: 1. Qara Qarayev, 2. Mahir Emreli, 3. İsmayıl İbrahimli.
Ağasəlim Mircavadov: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmədəliyev.
Şahin Diniyev: 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Böyükağa Ağayev: 1. Maksim Medvedev, 2. Vüsal İsgəndərli, 3. Qara Qarayev.
Arif Əsədov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Maksim Medvedev, 3. Namiq Ələsgərov.
Vaqif Paşayev: 1. Şahruddin Məhəmmədəliyev, 2. Maksim Medvedev, 3. Qara Qarayev.
İslam Kərimov: 1. Namiq Ələsgərov, 2. Mahir Emreli, 3. Şahruddin Məhəmmədəliyev.
Tahir Süleymanov: 1. - , 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Samir Ələkbərov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. İsmayıl İbrahimli.
Adil Şükürov: 1. Namiq Ələsgərov, 2. İsmayıl İbrahimli, 3. Şahruddin Məhəmmədəliyev.
Nadir Qasımov: 1. Mahir Emreli, 2. Maksim Medvedev, 3. Qara Qarayev.
Sənan Qurbanov: 1. İsmayıl İbrahimli, 2. Namiq Ələsgərov, 3. Maksim Medvedev.

Hakimlər, hakim-inspektorlar, AFFA nümayəndələri

Əliyar Ağayev: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Rauf Cabbarov: 1. Rəhim Sadıxov, 2. Mahir Emreli, 3. Şahruddin Məhəmmədəliyev.
Orxan Məmmədov: 1. Rəhim Sadıxov, 2. Abbas Hüseynov, 3. İsmayıl İbrahimli.
Rəhim Həsənov: 1. Namiq Ələsgərov, 2. Qara Qarayev, 3. Rəhim Sadıxov.
Elçin Məsiyev: 1. Namiq Ələsgərov, 2. Vüsal İsgəndərli, 3. Qara Qarayev.
Vüqar Həsənli: 1. Qara Qarayev, 2. Rəhim Sadıxov, 3. İsmayıl İbrahimli.
Rəvan Həmzəzadə: 1. Namiq Ələsgərov, 2. Vüsal İsgəndərli, 3. Qara Qarayev.
Səbuhi Bayramov: 1. İsmayıl İbrahimli, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
İnqilab Məmmədov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Qara Qarayev.
Rəşad Əhmədov: 1. Namiq Ələsgərov, 2. Qara Qarayev, 3. Mahir Emreli.
Ramil Diniyev: 1. Namiq Ələsgərov, 2. Şahruddin Məhəmmədəliyev, 3. İsmayıl İbrahimli.
Anar Salmanov: 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
İmanxan Sultani: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Vüsal İsgəndərdli.
Babək Quliyev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Rəhim Sadıxov.
Fariz Yusifov: 1. Namiq Ələsgərov, 2. Maksim Medvedev, 3. Mahir Emreli.
Munis Abdullayev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
Rövşən Əhmədov: 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Vüsal İsgəndərli.
Ceyhun Haşımov: 1. Qara Qarayev, 2. Vüsal İsgəndərli, 3. Sahruddin Məhəmmədəliyev.
Ömər Paşayev: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Vüsal İsgəndərli.
Feyzulla Feyzullayev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Anton Krivotsyuk.
Asim Xudiyev: 1. Namiq Ələsgərov, 2. Rəhim Sadıxov, 3. İsmayıl İbrahimli.
Əmrah İbrahimov: 1. Mahir Emreli, 2. Namiq Ələsgərov, 3. Şahruddin Məhəmmədəliyev.
Zöhrab Qədiyev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Mahir Emreli.
Ruhulla Kərimov: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Mahir Emreli.
Mübariz Hüseynov: 1. Qara Qarayev, 2. İsmayıl İbrahimli, 3. Şahruddin Məhəmmədəliyev.
Aslan Şahgəldiyev: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Elgiz Abbasov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Maşallah Əhmədov: 1. Qara Qarayev, 2. Mahir Emreli, 3. Namiq Ələsgərov.
Rüfət Əmirov: 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Maksim Medvedev.
İlham Əliyev: 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Asif Əliyev: 1. Namiq Ələsgərov, 2. Mahir Emreli, 3. Qara Qarayev.
Seymur Səlimli: 1. Şahruddin Məhəmmədəliyev, 2. Abbas Hüseynov, 3. Rəhim Sadıxov.
Ramiz Mustafayev: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Mahir Emreli.
Eldəniz Musayev: 1. Qara Qarayev, 2. Rəhim Sadıxov, 3. Namiq Ələsgərov.
Əsgər Əmrəliyev: 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Məhəmmədəli Məmmədov: 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. İsmayıl İbrahimli.
Erkin Hüseynov: 1. Maksim Medvedev, 2. Anton Krivotsyuk, 3. Mahir Emreli.

Jurnalistlər

Mahir Rüstəmli (Futbol+): 1. Mahir Emreli, 2. Namiq Ələsgərov, 3. Şahruddin Məhəmmədəliyev.
Kənan Həsənov (Futbol+): 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. İsmayıl İbrahimli.
Rəşad Qasımov (Futbol+): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
İlkin Sultanlı (Futbol+): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Ramil Yusifov (Futbol+): 1. - , 2. Şahruddin Məhəmmədəliyev, 3. Maksim Medvedev.
Əli Raufoğlu (Futbol+): 1. Maksim Medvedev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Elzamin Hacıyev (Futbol+): 1. Maksim Medvedev, 2. Namiq Ələsgərov, 3. Şahruddin Məhəmmədəliyev.
Rəsul Abdullayev (Futbol+): 1. Maksim Medvedev, 2. Namiq Ələsgərov, 3. Mahir Emreli.
Həbib Aslanov (ofsaydplus.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Sərxan İbrahimoğlu (İdman TV): 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. İsmayıl İbrahimli.
Ramiz Mirzəzadə (CBC Sport): 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhim Sadıxov, 3. Abbas Hüseynov.
Nurlan Hacıyev (İdman TV): 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhim Sadıxov, 3. Maksim Medvedev.
Şəmsəddin Abbasov (CBC Sport): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Rüstəm Əfsərli (CBC Sport): 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Pərviz Musayev (CBC Sport): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Qara Qarayev.
Gündüz Abbaszadə (CBC Sport): 1. Mahir Emreli, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Kənan Hakimov (İTV): 1. Şahruddin Məhəmmədəliyev, 2. Maksim Medvedev, 3. Namiq Ələsgərov.
Tural Xudiyev (Space TV): 1. Qara Qarayev, 2. - , 3. - .
Rövşən Əhlimanoğlu (Lider TV): 1. Namiq Ələsgərov, 2. Şahruddin Məhəmmədəliyev, 3. Maksim Medvedev.
Sənan Abdullayev (Xəzər TV): 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Ceyhun Rzayev (Xəzər TV): 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
Mehman Rəsulov (Real TV): 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
İlkin Baba (Azərbaycan Radiosu): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Firuz Abdulla (affa.az): 1. - , 2. Namiq Ələsgərov, 3. Şahruddin Məhəmmədəliyev.
Mahal Məmmədov (affa.az): 1. Rəhim Sadıxov, 2. Abbas Hüseynov, 3. Namiq Ələsgərov.
Etibar Tağıyev (affa.az): 1. Maksim Medvedev, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Kənan Məstəliyev (rekord.az): 1. Maksim Medvedev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Mahir Emreli.
İlqar Tağıyev (Het-trik News): 1. Namiq Ələsgərov, 2. Şahruddin Məhəmmədəliyev, 3. İsmayıl İbrahimli.
Aydın Bağırov (qol.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Rəhim Sadıxov.
Rəşad Ergün (komanda.az): 1. - , 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Ceyhun Əliyev (sport24.az): 1. İsmayıl İbrahimli, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Mehman Süleymanov (sport24.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Anar Xanlarov (rekord.az): 1. - , 2. Rəhim Sadıxov, 3. İsmayıl İbrahimli.
Elşən Məmmədov (report.az): 1. Maksim Medvedev, 2. Mahir Emreli, 3. Namiq Ələsgərov.
Vüsal Mahmudov (futbolinfo.az): 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Səbuhi Musayev (oxu.az): 1. Namiq Ələsgərov, 2. Qara Qarayev, 3. İsmayıl İbrahimli.
Elsevər Miri (qafqazinfo.az): 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Tahir Hümmətov (apasport.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Mahir Emreli.
Vüqar Zeynalov (azerisport.com): 1. Şahruddin Məhəmmədəliyev, 2. Mahir Emreli, 3. Namiq Ələsgərov.
Mirbağırağa Cəfəri (azerisport.com): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. Rəhim Sadıxov.
Araz Əhmədov (sportfm.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhim Sadıxov, 3. Vüsal İsgəndərli.
İxtiyar Əsgərov (matc.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhim Sadıxov, 3. Qara Qarayev.
İlkin Vaqifoğlu (sportinfo.az): 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Samirə Allahverdiyeva (azertag.az): 1. Rəhim Sadıxov, 2. Şahruddin Məhəmmədəliyev, 3. Vüsal İsgəndərli.
Hacı Mərdan (newsport.az): 1. Qara Qarayev, 2. Şahruddin Məhəmmədəliyev, 3. İsmayıl İbrahimli.
Elçin Cəfərov (“Azərbaycan” qəzeti): 1. Mahir Emreli, 2. Vüsal İsgəndərli, 3. Şahruddin Məhəmmədəliyev.
Kamran Hacı (allsport.az): 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Şahruddin Məhəmmədəliyev.
İbrahim Cəfərov (futbolxeber.az): 1. Rəhim Sadıxov, 2. Namiq Ələsgərov, 3. İsmayıl İbrahimli.
Elçin Cəlilov (futbolpress.az): 1. Qara Qarayev, 2. İsmayıl İbrahimli, 3. Namiq Ələsgərov.
Əli Sahib (fanat.az): 1. Mahir Emreli, 2. Şahruddin Məhəmmədəliyev, 3. Qara Qarayev.
Teymur Maksutov (1news.az): 1. İsmayıl İbrahimli, 2. Şahruddin Məhəmmədəliyev, 3. Rəhim Sadıxov.
Elmir Əliyev (haqqın.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Maksim Medvedev, 3. Rəhim Sadıxov.
Amal Abışov (sport7.az): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Mahir Emreli.
Anar Cəfərsoy (supersport.az): 1. Maksim Medvedev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Qabil Mehdiyev (“İdman” qəzeti): 1. Maksim Medvedev, 2. Şahruddin Məhəmmədəliyev, 3. Namiq Ələsgərov.
Eldar İsmayılov (AİJA): 1. Abbas Hüseynov, 2. Anton Krivotsyuk, 3. Qara Qarayev.
Rövşən Binnətli (İdman TV): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.

Futbol agentləri

Səbuhi Səfiyarlı: 1. - , 2. Mahir Emreli, 3. Qara Qarayev.
Erkin İbrahimov: 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
Vaqif Heydərli: 1. Qara Qarayev, 2. Namiq Ələsgərov, 3. Vüsal İsgəndərli.
Tural Əsgərov: 1. Mahir Emreli, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Emil Şükürov: 1. Mahir Emreli, 2. Vüsal İsgəndərli, 3. Qara Qarayev.

Əvvəlki qaliblər

Tərlan Əhmədov (1999): 1. Qara Qarayev, 2. İsmayıl İbrahimli, 3. Rəhim Sadıxov.
Emin Ağayev (2000): 1. Qara Qarayev, 2. Rəhim Sadıxov, 3. Namiq Ələsgərov.
Zaur Tağızadə (2001): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Namiq Ələsgərov.
Ceyhun Sultanov (2006): 1. Namiq Ələsgərov, 2. Qara Qarayev, 3. Şahruddin Məhəmmədəliyev.
Mahmud Qurbanov (2007): 1. Namiq Ələsgərov, 2. Şahruddin Məhəmmədəliyev, 3. Qara Qarayev.
Kamran Ağayev (2008): 1. Qara Qarayev, 2. Maksim Medvedev, 3. Şahruddin Məhəmmədəliyev.
Vaqif Cavadov (2009): 1. Namiq Ələsgərov, 2. Şahruddin Məhəmmədəliyev, 3. Qara Qarayev.
Rauf Əliyev (2011): 1. Namiq Ələsgərov, 2. Şahruddin Məhəmmədəliyev, 3. Vüsal İsgəndərli.
Qara Qarayev (2014): 1. Şahruddin Məhəmmədəliyev, 2. Namiq Ələsgərov, 3. İsmayıl İbrahimli.
Mirabdulla Abbasov (2018): 1. Namiq Ələsgərov, 2. Rəhim Sadıxov, 3. İsmayıl İbrahimli.
Emil Balayev (2019): 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. İsmayıl İbrahimli.
“Futbol+”in əvvəlki laureatlarından 2002-ci ilin qalibi Samir Əliyev U-19-un, 2003-ün qalibi Qurban
Qurbanov “Qarabağ”ın, 2004, 2005, 2010, 2013, 2016, 2017-nin qalibi Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi, 2012-nin qalibi Ruslan Abışov “Sabah”ın, 2015-in qalibi Rahid Əmirquliyev isə “Səbail”in kapitanı kimi qatılıb.

1 2 3 4 5 6
1. Qara Qarayev 42 29 17 201
2. Şahruddin Məhəmmədəliyev 40 24 28 196
3. Namiq Ələsgərov 21 32 28 155
4. Maksim Medvedev 15 22 7 96
5. Rəhim Sadıxov 6 12 21 63
6. Mahir Emreli 10 8 12 58
7. İsmayıl İbrahimli 5 6 19 46
8. Vüsal İsgəndərli - 7 10 24
9. Abbas Hüseynov 2 3 3 15
10. Anton Krivotsyuk - 3 1 7

Qeyd: 1 – sıra nömrəsi, 2 – ad, soyad, 3 – birinci yer (X3), 4 – ikinci yer (X2), 5 – üçüncü yer (X1), 6 – xalların cəmi.

football-plus.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right