"Neftçi" onunla yolları ayırdı

"Neftçi” futbolçusu Prins İbara ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Konqolu oyunçunun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, İbara sentyabrda icarə əsasında Belçikanın "Birşot” klubundan "Neftçi”yə keçib. O, "ağ-qaralar"ın heyətində 8 oyuna çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right