"Belə məsləhət oldu, müqaviləyə xitam verdik" - "Keşlə"nin məşqçisi

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çempionatda fasilə yaranmışdı. Bilirdik ki, ağır olacaq. İki fərqli hissə izlədik. İlk yarıda rəqib öz imkanlarından istifadə etdi. İkinci hissədə bizim üstünlüyümüz oldu, amma yararlana bilmədik".

Newsport.az-ın məlumatına görə, bunu "Keşlə"nin məşqçisi Zaur İsmayılov Premyer Liqanın XII turunda evdə "Səbail"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, ikinci hissədə meydana növbəti hücumçunu buraxmasının hesabla bağlı olduğunu bildirib: "Çünki uduzurduq və bizə qollar lazım idi. Üstün olduğumuz matçlarda imkanlarımızdan istifadə edə bilmirik. Əslində oyunumuz normaldır. Nəticəni əvvəldən bilmək olmur. Əlimizdən gələni etdik".

İsmayılov son vaxtlar koronavirusa kütləvi yoluxma hallarına görə çempionatın dayanacağını gözlədiklərini söyləyib:

"Qarşıda hələ 1 oyunumuz var. İndidən fasiləni düşünməməliyik. Bu gün məğlub olduq. İşimiz çətinləşib. Gələn tur səfərdə "Neftçi" ilə qarılaşacağıq. Qələbə qazanmaq istəyirik".

Məşqçi Şohrux Qadoyevin komandadan ayrılmasına da münasibət bildirib: "Yerli futbolçu ilə müqayisədə, legionerdən daha çox şey gözlənilir. Belə məsləhət oldu, müqaviləyə xitam verdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right