“Neftçi”də zədəsini bərpa edən hücumçudan koronavirus çıxdı

“Neftçi”də koronavirusa yeni yoluxma halı aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, son olaraq, komandanın hücumçusu Stiven Monrozun infeksiyaya yoluxduğu üzə çıxıb.
 
Bundan başqa, aktiv xəstə olan Kamran İbrahimovun son testinin nəticəsi müsbət olub. Sabir Buqrin, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi davam edir.
 
Baş məşqçi Samir Abasov, köməkçiləri Vəfadar Quliyev və Seymur Rəhimov, müdafiəçilər Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik və Mamadu Mboc, həmçinin yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Asim Əlizadə isə koronavirusdan tam sağalıblar.
 
Qeyd edək ki, Stiven Monroz daha əvvəl zədədən əziyyət çəkirdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right