Bakı klubu Semih Kayanı yoxlayır

Türkiyəli futbolçu Semih Kayan karyerasını Azərbaycanda davam etdirməyə yaxındı.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı oyunçu "Keşlə"də baxışdadı. O, bu gün Bakıya gəlib və klubun düşərgəsinə qoşulub.

Paytaxt klubunun məşqçilər heyəti gənc vingeri izlədikdən sonra onunla bağlı yekun qərar veriləcək.

Karyerası ərzində Almaniyada "Köln" və "Axen"in aşağı yaş komandalarında çıxış edən futbolçu Türkiyədə "Pendikspor"un uğurlrarı üçün çalışıb. Qonşu ölkənin U-16 millisinin də formasını geyinmiş Semih son olaraq Almaniyada "Optik Ratenou"da oynayıb və bu yaydan klubsuzdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right