Pako Alkaser "Qarabağ"a qarşı oynamayacaq

"Vilyarreal"ın futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyunu buraxacaq.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onun La Liqanın 12-ci turunda "Elçe" ilə matçda (0:0) zədələnməsidir. Tibbi müayinədən keçən İspaniya millisinin üzvünün bud əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı hücumçunun bərpa müddətinin zədəsinin vəziyyətindən asılı olacağı bildirilib. Bu isə deməkdir ki, o, ən azı "Qarabağ"la görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right