Elxan Məmmədov Taleh Yüzbəyovla birlikdə… FOTOLAR

AFFA könüllülərinin iştirakı ilə 5 dekabr - Beynəlxalq Könüllülər gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Newsport.az-ın məlumatına görə, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda il ərzində xüsusi fəallığı ilə seçilmiş 339 ən aktiv könüllü iştirak edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb.

Eyni zamanda 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib.

Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman milli assosiasiyanın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra AVRO-2020-nin könüllülərinin səfiri, aktyor və videobloqqer Taleh Yüzbəyov çıxış edərək iştirakçıları Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.

Elxan Məmmədov Taleh Yüzbəyovla birlikdə…
Elxan Məmmədov Taleh Yüzbəyovla birlikdə…
Elxan Məmmədov Taleh Yüzbəyovla birlikdə…
    




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right