“Kəpəz” “Qarabağ”a uduzdu, Sumqayıtda “sülh”

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında “Kəpəz” doğma meydanda “Qarabağ-2”-yə məğlub olub.
 
MOİK səfərdə “Keşlə-2” üzərində inamlı qələbə qazanıb. “Zaqatala” isə Sumqayıt səfərindən 1 xalla qayıdıb.
 
Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.
 
Birinci divizion, 8-ci tur

2 dekabr

“Kəpəz” – “Qarabağ-2” -  0:1
Qollar:
 Hüseyn Hüseynzadə, 44.
Gəncə şəhər stadionu

“Keşlə-2” – MOİK - 1:3
Qollar:
 Orxan Fərəcov, 45+2 – Xəyal Bədirov, 22; 27; 40.
“ASK Arena”

“Sumqayıt-2” – “Zaqatala” - 0:0
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)

3 dekabr

14:00. “Qaradağ Lökbatan” – “Sabah-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Neftçi-2” – “Turan Tovuz”
Türk Hava Yollar Futbol Mərkəzi (4-cü meydança)

 
N Klublar O Q H M T-F X
1 Turan Tovuz 7 5 2 0 13-4 17
2 Sabah-2 7 5 0 2 16-7 15
3 Neftçi-2 7 4 2 1 13-7 14
4 Kəpəz 8 4 1 3 15-10 13
5 Zaqatala 8 4 1 3 16-12 13
6 Qarabağ-2 8 4 1 3 13-9 13
7 Keşlə-2 8 2 1 5 10-22 7
8 Qaradağ Lökbatan 7 1 3 3 5-8 6
9 MOİK 8 1 3 4 10-16 6
10 Sumqayıt-2 8 0 2 6 5-21 2








 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right