"Şükür ki, "Neftçi"nin baş məşçisi olmaq mənə qismət oldu"

"Əvvəldən müraciət yox idi. Ümumiyyətlə, "Neftçi"də bu cür söz-söhbətlər də yox idi. Komanda baş məşqçisi ilə yola davam edirdi.

Mənə qədər olan söhbətlərin çox da içərisində olmamışam. Öz barəmdə onu deyə bilərəm ki, mənimlə danışılmamışdı. Qərar anidən və bu gün oldu".

Newsport.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasında yayımlanmış "Həmsöhbət" verilişində söyləyib.

42 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi - prezident Kamran Quliyevlə danışıb: "Aramızdakı söhbət bir neçə saat davam etdi. Müqavilənin şərtləri barədə klubun mətbuat xidməti məlumat verər.

Bu, mənim üçün həqiqətən fəxrdir. Gələcək planlar haqqında növbəti verilişlərdə danışarıq. Amma şükürlər olsun ki, bu cür komandanın baş məşçisi olmaq mənə qismət oldu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right