Aftandil Hacıyev: "Ən ədalətli nəticə qeydə alındı"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının VI turunda "Keşlə" ilə matçdan (1:1) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, heç-heçənin ən ədalətli nəticə olduğunu söyləyib:

"Son sutka ərzində həm kədərli, həm sevincli xəbərlər eşitdik. Bütün fikrimiz cəbhə bölgəsindədi. Bütün dualarımız əsgərlərimizlədi. Komanda olaraq, hər birimiz üçün belə bir məqamda oyuna köklənmək olduqca çətin idi. Nə qədər kədərli anlar olsa da, inanırıq ki, sonda sevinən tərəf Azərbaycan xalqı olacaq. Şükürlər olsun ki, get-gedə daha çox şad xəbərlər eşidirik.

Oyuna gəlincə, ani diqqətsizlikdən qapımızda qol görsək də, sevindiricidi ki, cavab qolumuz özünü çox gözlətmədi. Heyətimizdəki futbolçuların potensialı nəyə imkan verirsə, o qədər də nəticə qazanmağa çalışacağıq. Bu heyətlə ən azından qışadək davam etməyi düşünürük. Daha yaxşı olmağa səy göstərəcəyik. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda qalib gələ bilərdi. Zənnimcə, ən ədalətli nəticə qeydə alındı və hər iki komanda 1 xal qazandı".

Hacıyev rəqib həmkarı Yunis Hüseynovun "Keşlə"nin 2 xal itirdiyinə dair fikirləri ilə razılaşmayıb: "Florian Kadriu təkbətək epizoddan istifadə etsəydi, biz 2:1 hesabı ilə qalib gələcəkdik. Düşünmürəm ki, o halda rəqibin baş məşqçisi 1 xala görə heyfsilənərdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right