"Belə davam etsə, əsas heyət üzvünə çevriləcək" - Füzuli Məmmədov

Azərbaycan Premyer Liqasında III turun "Qarabağ" - "Neftçi" (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Qələbəmizi bütün neftçilərə və komandamızın azarkeşlərinə həsr edirik. Avropa Liqası oyunundan sonra komandada yorğunluq var idi. Çalışdıq ki, oyunçuları maksimum hazırlayaq. Komandamız bu gün meydanda əzmkarlıq göstərdi. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi.

 

- “Neftçi” bu gün güclü idi deyə qələbə qazandı, yoxsa “Qarabağ”ın fiziki yorğunluğundan istifadə etdi?
- Hər iki komanda yorğun idi. “Qarabağ”ın uzun yoldan gəlməsini də qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Amma bu gün futbolçular meydanda mübarizə aparıb qələbə qazandılar.

 

- Tallison nə üçün ehtiyatda qalır?
- O, özünə çox diqqət yetirən futbolçudu. Bu oyunda limitə görə ehtiyatda qaldı.

 

- Prins İbara hücum xəttini gücləndirəcək futbolçudu?
- O, çox güclü futbolçudu. “Qalatasaray”la oyundan sonra da çox yorulmuşdu. Bu, onda hiss olunurdu. Mirabdullanın həm davranışı, həm oyuna münasibəti çox dəyişib. Belə davam etsə, əsas heyətin oyunçusuna çevrilə bilər.

 

- Sizə elə gəlmir ki, Anto Krivatsyukun yoxluğu “Neftçi”yə faydalı oldu?
- Anton bizim vacib futbolçumuzdu. Səhvsiz oyunçu yoxdu. “Sumqayıt”la oyunda problemlərimiz var idi, amma indi bunlar aradan qalxıb. Bizə zaman lazım idi. Mən bütün futbolçularıma inanıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right