Aftandil Hacıyev: "Məlumat göndərib ki, əməlinə peşmandır"

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 3-cü turunda səfərdə “Sumqayıt”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

- Baxımlı oyun oldu. Həqiqətən, meydanda sürət də var idi. İkinci hissədə komandalarda yorulmalar hiss olundu. Oyunun çox hissəsi maraqlı keçdi. İlk hissədə buraxdığımız səhvlər nəticəyə təsir etdi. Rəqib haqda xoş sözlər deyə bilərəm. Bizdən daha hazırlıqlıdırlar. Çempionatda xüsusi oyun üslubu olan komandadır. Hər oyunda qol imkanları yarada bilirik. Bu gün komandamızda çatışmayan cəhətlər var ki, onlardan biri də itkilərimizin olmasıdır. Rahid Əmirquliyev zədəlidir, Ruslanı risk edib oynatdıq, Əfran da tam hazır deyil. Nəticə baxımından çox şey gözləmirik. Heyətimizdə gələcəyi daha yaxşı olacaq futbolçular var. Amma təcrübəsizdirlər. Çalışırıq ki, onlara daha çox şans verək. Nəticə istədiyimiz kimi olmasa da, gəncləri qazanmağa çalışacağıq.

- 3 turdan sonra komandanın xalı yoxdur
- Mövsümün əvvəlində rəhbərliklə danışdıqda artıq məqsədimiz bəlli idi. İstədiyimiz futbolçuları cəlb etmək alınmadı. Legionerlərin sayını azaltmağa çalışdıq. İrəlidəki illərdə “Səbail” yaşasa, gənc və yerli futbolçulardan qarışıq bir heyəti olacaq. Düzdür, hər məşqçi nəticə istəyir, amma mən də hansı komandada olduğumu və durumu bilirəm, bunu nəzərə almışam. Nəticələr pis olsa da, rəqiblərimizdən oyun baxımından geri qalmırıq.

- “Səbail”in gələcəyi qaranlıqdırmı?
- Hazırda klubun gələcəyiylə bağlı narahatlıq yoxdur. Heyətimizdə gənc futbolçular var və onlara daha çox şans verəcəyik.

- Hendrik Ekşteyndən səs-soraq var?
- Var, məlumat göndərib ki etdiyi əmələ görə peşmandır. Hələ bir qərar verməmişik. Yəqin, bu həftə taleyinə aydınlıq gələcək. Bağışlanacaqsa, cəzasız da qalmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right