Azərbaycan yığması Kolumbiya ilə qarşılaşa bilər

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və vitse-prezidenti Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.

Newsport.az xəbər verir ki, tədbir assosiasiyanın inzibati binasında baş tutub.

İki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq və bunun perspektivləri müzakirə olunub. Adıçəkilən ölkələrin gənclərdən ibarət komandaları arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi də aparılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right