PFL prezidentliyinə seçkilərin vaxtı açıqlandı

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə keçiriləcək seçkinin tarixi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb. Seçki 14 sentyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək.
 
Ramin Musayev PFL-in Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürüb.
 
PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülmədiyi üçün qurumun hazırkı prezidenti Ramin Musayev vahid namizəddir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right