“Sabah” üçün milli ilk

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirdi.

Newsport.az xəbər verir ki, millimiz səfərdə Kipr seçməsi ilə qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrıldı.

Bu oyun “Sabah” klubu üçün də əlamətdar olub. Belə ki, bu komandanın 4 futbolçusu – Ramil Şeydayev, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə və Coşqun Diniyev də bu oyunun iştirakçısı olub.
Hansı ki, millinin heyətində “Sabah”ın 4 futbolçusunun meydana çıxması klub tarixində ilk haldır.

Ramil, Bəhlul və Təmkin start heyətində yer alıb. Şeydayev və Mustafazadə oyunun sonuna kimi meydanda olub, Təmkin isə 64-cü dəqiqədə əvəzlənib. Coşqun Diniyev matçın 59-cu dəqiqəsində əvəzetmədən meydana çıxıb.

Bu klubun millidəki digər təmsilçisi Amin Seydiyev isə bu oyunda ehtiyat oyunçular skamyasında yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right