De Byazi 2 futbolçunu qaytardı, birini kənarda qoydu

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacağı Kiprlə matç üçün iştirak ərizəsi açıqlanıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Canni De Byazi səfər oyunu üçün heyətdə dəyişikliklər edib.

İtalyan mütəxəssis Lüksemburqla görüşdə (1:2) “23-lük”dən kənarda qalan iki futbolçunu siyahıya salıb. Bunlar Şəhriyar Əliyev və Elvin Bədəlovdur. Qırmızı vərəqə üzündən cəzalı duruma düşən və Kiprə aparılmayan Mahir Emreli isə heyətdən kənar düşüb. Yenilərdən Şəhriyar 3, Elvin 14 nömrəli formanı götürüb. Bu da Lüksemburqla matçda 14 nömrəli formada çıxış edən və rəqibə penalti qazandıran Adil Nağıyevin “23-lük”dən kənarda qalmasına səbəb olub. Ömər Buludov isə yenə sifariş olunmayıb.

Qeyd edək ki, Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (apasport.az)

Qapıçılar

  1. Emil Balayev
  2. Şahrudin Məhəmmədliyev
  3. Mehdi Cənnətov

Müdafiəçilər

  1. Şəhriyar Əliyev
  2. Bəhlul Mustafazadə
  3. Maksim Medvedev
  4. Abbas Hüseynov
  5. Elvin Bədəlov
  6. Bədavi Hüseynov
  7. Anton Krivotsyuk
  8. Təmkin Xəlilzadə
  9. Amin Seydiyev

Yarımmüdafiəçilər

  1. Qara Qarayev
  2. Coşqun Diniyev
  3. Namiq Ələsgərov
  4. Araz Abdullayev
  5. Emin Mahmudov
  6. Elvin Camalov
  7. Rəhman Hacıyev
  8. İsmayıl İbrahimli
  9. Rəhim Sadıxov

Hücumçular

  1. Renat Dadaşov
  2. Ramil Şeydayev




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right