Mahir Emreli: "Məğlubiyyətə görə məsuliyyəti üzərimə götürməyə hazıram"

Azərbaycan yığmasının üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla oyunun (1:2) oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı buna görə məyus olduğunu deyib:

“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komanda və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda sadəcə hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam. Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul etməyə hazıram. Gələcəkdə bu durumu dəyişdirməyə çalışacağam” (azerisport.com).

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right