"12 ildə xərclənənlərin hesabatını kim verəcək?"

Azərbaycan yığması Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzub. 

Newsport.az-ın məlumatına görə, "Xəzər" televiziyasının aparıcısı Sənan Abdullayev "Facebook" hesabında millinin məğlubiyyəti barədə fikirlərini bölüşüb:

"Əgər Canni De Byaziyə "Millətlər Liqası sənə peşkəş, sonrasına hazırlaş" deyilməyibsə, ki heç şübhəm yoxdur, onda bu komandanın başını buraxın. Qırmızıya qədər Lüksemburq iki dəfə fərqi göstərmişdi. Bunu elə De Byazi də etiraf elədi. Ona görə bir təşəkkür.

Mahir Emrelinin "qırmızısı"na gəlincə, klubunda biri ona qandırmalıdır ki, milli sənin üçün "Qarabağ" deyil ki, pul-parandan kəsələr, cəza üçün harasa göndərələr. Millidə sən camaatın canından kəsirsən.

Görünən odur ki, Robert Prosineçkinin uzaqlaşdırdığı, Qurban Qurbanovun da bu yolu davam etdirməyə çalışdığı qorxaq futbola geri döndük. Berti Foqtsdan bu yana rəqibin kimliyindən asılı olmayaraq, bu qədər müdafiəyə meylli futbolçunun meydanda olduğunu, bu qədər aciz olduğumuzu xatırlamıram.

Sözün hər mənasında 2008-ci ilə qayıtmışıq. Bəs bu 12 ildə xərclənənləri - ümidlərimizin, sevincimizin, gələcəyimizin, cəhənnəm, ən sonda da pulumuzun hesabatını kim verəcək?"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right