"Favorit Azərbaycan millisidi" - Lüksemburqun baş məşqçisi

Millətlər Liqasının I turunda Azərbaycanın qonağı olacaq Lüksemburq yığmasının baş məşqçi Lyuk Holtsun mətbuat konfransı təşkil edilib.

Newsport.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- İki zədəli futbolçunuz var. Onların vəziyyəti necədi?
- Bu axşam biləcəyik ki, onlar sabah oynayacaqlar, ya yox. Hazırda vəziyyət qeyri-müəyyəndi.

- Komanda 3 gün öncə Almaniya klubu ilə yoxlama oyunundakı heyətlə oynayacaq?
- Hələ son qərarı verməmişəm. Yəqin ki, tam eyni heyət ola bilər. Zədəli futbolçularımız var. Eyni zamanda, Kristofer Martins komandaya qoşulub.

- Azərbaycan millisi haqqında nə bilirsiz?
- Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Buna görə də onların oyun fəlsəfəsi haqqında danışmaq çox çətindi, bu barədə heç nə bilmirik. Hər iki komanda eyni səviyyədədi. Onlardan da vəziyyət bizdəki kimidi. Uzun müddət əvvəl çempionat dayanıb və bizim kimi futboldan kənar qalıblar. Ona görə də hazırda hər hansı fikir bildirmək çətindi.

- Azərbaycanda düşünürlər ki, bu oyunda mütləq qələbə qazanmalıdılar. Sİz hansı fikirdəsiz, Azərbaycan favoritdi?
- Əlbəttə, Azərbaycan favoritdi, biz bunu bilirik. Sabah oyuna ehtiyatlı başlamalıyıq və necə müdafiə olunmalı olduğumuzu düşünməliyik.

- Meydan amili Azərbaycanın tərəfindədi, yeni baş məşqçi təyin olunub. Bəs Lüksemburqun lehinə hansı məqamlar var?
- Xüsusi bir üstünlüyümüz yoxdu.

- Azərkeşlərin olmaması necə təsir edəcək?
- Bunun təsir edəcəyini düşünmürəm. əsas məsələ futbolçuların meydanda aktiv olmasıdı. Passiv müdafiə olunmaq istəmirəm. Hər iki tərəf uzun müddətdi oynamır. Buna görə də meydanda oyunumuzu tapmaq asan olmayacaq.

- Ehtiyatlı mövqe nümayiş etdirirsiz. Bunlar sizin real fikirlərinizdi, yoxsa rəqibi arxayınlaşdırmaq üçün belə danışırsız?
- Əlbəttə, həqiqətən belə düşünürəm. Rəqib Uels və Slovakiyaya qarşı başabaş mübarizə aparıb. Ona görə də Azərbaycan millisini daha üstün sayıram.

- Kristofer Martins, Jerson Rodriqeş son zamanlarda daha çox oyun keçirib, nəinki Azərbaycan millisinin əsasını təşkil edən "Qarabağ" futbolçuları. Bu, sizin üçün üstünlük ola bilərmi?
- Yox, bu, bizim üçün üstünlük deyil. Ona görə ki, heyətdə uzun müddətdi oynamayan çoxlu futbolçumuz var. Ona görə də ümumi durum hər iki komandada eynidi.

- Azərbaycan millisi yeni baş məşqçinin gəlişi ilıə "sirli qutu" kimidi. Bu, sizin üçün hansı çətinlikləri yaratdı?
- Daha əvvəl də qeyd etdiyim kimi, Azərbaycan millisinin sabah necə oynayacağını müəyyənləşdirmək çox çətindi. Ağlımda olan bir neçə ideya var. Onlardan uyğun olanını tətbiq etməyə çalışacağıq. Meydanda rəqibə boş ərazi verməməyə çalışacağıq. Matçın gedişinə görə taktiki gedişlər edəcəyik. İndidən nəsə demək çətindi.

- Azərbaycandan fərqli olaraq Lüksemburqda 2 dildə danışırlar. Lüksemburq millisi hansı stildə oynayır: alman, yoxsa fransız?
- Lüksemburq stili bizə daha uyğundu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right