Füzuli Məmmədov: "Birinci hissədə oyunumuz alınmadı"

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Bilirdik ki, çətin oyun olacaq. Avrokubok tamam fərqli səviyyədi. Komandamıza rəqib haqda məlumatlar vermişdik. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmırdı. Bu da rəqibin qapanması ilə bağlı idi. Ancaq fasilədən sonra komandamız təzyiq göstərməyə başladı. Bu halda isə səhvlər olur. Həmin səhvlərdən istifadə edib, qələbə qazandıq. Futbolçulara göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Səhvlər var, bu, normaldı. İşimiz həmin səhvlərin üzərində işləyib, onları aradan qaldırmaqdı. Növbəti mərhələ münasibətilə bütün “Neftçi” azarkeşlərini təbrik edirəm.

- “Neftçi” ilk hissədə özünə bənzəmədi. Rəqibin bu qədər dirənəcəyini gözləyirdiz?
- Bilirdik ki,”Şkupi” əks-hücumlarda oynayacaq. Futbolçulara fərqli tapşırıq vermişdik. Niyə mərkəzdən oynadıqlarını anlamadım. Biz cinahlardan hücum etməliydik. Ortadakı top itkilərinin təhlükəyə səbəb olacağını gözləyirdik. Rəqib sürətli oynayırdı. Fasilədən sonra komanda daha nəzarətli oynamağa başladı.

- Top itkiləri həddən artıq çox idi və futbolçular arasında anlaşma aşağı səviyyədə görünürdü...
- Razıyam. “Neftçi” həmişə top saxlamağı ilə seçilib. İlk hissədə problemlər var idi. Buna bəzi oyunçuların həyəcanlanması, rəqibin qapanması səbəb ola bilər. Bu, zamanla aradan qalxacaq. Futbolçuların rəsmi oyun praktikası azdı. Yeni oyunçularımız var. Zamanla problemlər aradan qalxacaq.

- Ömər Buludov yox, Cabir Əmirlinin oynaması nə ilə bağlı idi?
- Cabirin meydana çıxması mənim qərarım idi. Rəqibi analiz etdikdən sonra belə qərar vermişdik. Bu, o demək deyil ki, Ömər zəif futbolçudu. Növbəti matçlarda o da meydanda olacaq.

- İlk yarıda Krivotsyuk və Monroz xoş təsir bağışlamadı. Gözlənilirdi ki, onları əvəzləyəcəksiz...
- Mən bu fikirlə razı deyiləm. Top itkiləri normaldı. Ancaq verilmiş tapşırıqları yerinə yetirirdilər. Krivotsyukla Antonu dəyişmək olmazdı. Top hücuma gəlmədikdə hücumçu az gözə çarpır. İkinci hissədə Monroz məcbur qalıb ortə xəttə düşürdü. Onu dəyişsəydik, planımız dağıla bilərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right