"Səbail"lə görüşü yaddan çıxarıb "Şkupi" ilə matça köklənmək lazımdı" - Namiq Ələsgərov

"Neftçi”nin futbolçusu Namiq Ələskərov Prmeyer LiqanınI turunda "Səbail” üzərində qələbəni (2:1) dəyərləndirib. Rəqib qapısından iki top keçirən yarımmüdafiəçi klubun saytına açıqlamasında bunun qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacağını deyib:

"Çoxdandı bir oyunda iki qol vurmurdum. Bu, qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacaq. Amma əsas olan komandanın qələbəsidi, qolları kimin vurması deyil. Əlbəttə, azarkeşlərin olmaması bizə çətinlik yaradır. Bununla belə, onlar həmişə bizim yanımızdadı. Biz onların dəstəyini hiss edirik. Bu bizə əlavə güc verir. Təbii ki, uzun fasilədən sonra yenidən meydana çıxmaq çətindi. Hələ tam hazır deyilik. İnanıram ki, oyundan oyuna daha yaxşı oynayacağıq. Çempionatın ilk matçları həmişə çətin keçir, amma əsas olan ilk oyunda qələbə qazanmaq idi. Artıq bu görüşü yaddan çıxarıb "Şkupi” ilə matça köklənmək lazımdı. Bu oyunda qələbə bizim üçün çox önəmlidi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right