Emin Mahmudov: "Onsuz da hər 7 oyundan bir eyni komanda ilə qarşılaşırıq"

"Neftçi"nin kapitanı Emin Mahmudov "Neftçi TV"yə açıqlama verib. 

Newsport.az xəbər verir ki, o, mövsüm öncəsi yoxlama matçlarının çempionata təsirinin olmadığnı söyləyib:

"Düşünürəm ki, yoxlama oyunları çempionata təsir etmir. Çünki həmin matçlar ona görə lazımdı ki, biz daha yaxşı forma yığaq. Təlim-məşq toplanışında həmişə ağır məşqlər olur, bu dəfə də belə idi. Belə oyunlar bizi Premyer Liqaya hazırlayır. Yeni mövsümə necə hazırlaşdığımızı çempionatdakı qarşılaşmalar göstərəcək".

Kapitan hər yeddi oyundan bir eyni klublarla qarşılaşdıqlarını və bunun üçün ilk rəqibin hansı komanda olmasının əhəmiyyət kəsb etmədiyini sözlərinə əlavə edib: "Səbail","Zirə" və ya digərləri ilə də oynayacağıq. Əsas "Şkupi" ilə matçdı. Məşqçilər heyəti rəqibin yaxşı və pis tərəflərini bizə göstərir".

"Neftçi" bu gün Azərbaycan Premyer Liqasının I turunda "Səbail"i qəbul edəcək. "Bakcell Arena"dakı qarşılaşma saat 20:30-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right