“Neftçi”, “Keşlə” və “Sumqayıt” mərhələ adlayarsa...

Gələn həftə Avropa Liqasında mübarizəyə qoşulacaq Azərbaycan klublarını 2-ci və 3-cü təsnifat mərhələlərində daha güclü komandalar gözləyir.

Turnirdəki təmsilçilərimiz “Neftçi”, “Keşlə” və “Sumqayıt” 1-ci raund səddini keçərsə, tanınmış klublardan birinə rəqib ola bilər.

Çünki həm “Neftçi”, həm “Keşlə”, həm də “Sumqayıt” növbəti mərhələlərdə səpələnməmişlərin sırasında yer alacaq. 2-ci raundun Liqa yolunda 72 komanda 36 cütlüyə bölünəcək. 25 komanda məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ki, onlardan 19-u avqustun 31-dəki püşkatmada səpələnmişlərdə olacaq. Təmsilçilərimizə potensial rəqiblər olan həmin klublar arasında “Tottenhem”, “Volfsburq”, “Qranada”, “Milan”, “Reyms” kimi “Top-5” liqaların iştirakçıları da var. Həmçinin komandalarımız “Qalatasaray”, “Bazel”, “Reyncers” kimi güclü rəqiblərlə də qarşılaşa bilər.

3-cü təsnifat mərhələsinin Liqa yolunda isə 52 komanda 26 cütlük formalaşdıracaq. 13 klub məhz bu raunddan avrokubok macərasına başlayacaq ki, onlardan 5-i səpələnmişlərdə yer alacaq. Azərbaycan komandaları əgər 3-cü təsnifat mərhələsinə qədər irəliləməyə müvəffəq olsalar, orada “Sportinq”, PSV, AEK, LASK və ya “Rostov”la üz-üzə gəlmək ehtimalı yaranacaq. Bu mərhələnin püşkatma mərasimi isə sentyabrın 1-də keçiriləcək.

Avropa Liqası

2-ci təsnifat mərhələsi

Səpələnmişlər:

“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Standard” (Belçika)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Reyms” (Fransa)
“Rio Ave” (Portuqaliya)
“Dinamo” (Moskva, Rusiya)
“Slovan” (Çexiya)
“Yablonets” (Çexiya)
“Hayduk” (Split, Xorvatiya)
“Kolos” (Ukrayna)
“Villem II” (Niderland)
“Hartberq” (Avstriya)

Səpələnməmişlər:

“Aris” (Yunanıstan)
OFİ (Yunanıstan)
“Osiyek” (Xorvatiya)
“Göteborq” (İsveç)
“Vikinq” (Norveç)
“Kaysar” (Qazaxıstan)

3-cü təsnifat mərhələsi

Səpələnmişlər:

“Sportinq” (Portuqaliya)
PSV (Niderland)
AEK (Yunanıstan)
LASK (Avstriya)
“Rostov” (Rusiya)

Səpələnməmişlər:

“Riyeka” (Xorvatiya)
“Şarlerua” (Belçika)
“Desna” (Ukrayna)
“Alanyaspor” (Türkiyə)
“Senneryusk” (Danimarka)
“Anortosis” (Famaqusta, Kipr)
“Sankt-Qallen” (İsveçrə)
“Voyvodina” (Serbiya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi” – “Şkupi”, “Keşlə” – “Laçi” və “Sumqayıt” – “Şkendiya” oyunları avqustun 27-də keçiriləcək. (apasport.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right