UEFA Xudiyevin təyinatını ləğv etdi

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəbindən beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Asim Xusiyev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 19-da Tiflisdə keçiriləcək “Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right