"Neftçi"nin rəqibi daha bir transfer etdi

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi" klubu heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, komanda Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorovu rənglərinə bağlayıb.

27 yaşlı oyunçu Filip 2016-ci ildə "Şkupi"də oynayıb.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right